Xəbərlər və yeniliklər
Business breakfast SMM2017
27.09.17

24 sentyabr tarixində #SMM2017 Business breakfast layihəsinin işgüzar naharı keçirilib.
Layihənin nəzəri hissəsinin bitməyi ilə əlaqədar gənclər biliklərini bölüşmək və təcrübədə tətbiq etmək üçün işəgötürənlərlə görüşü keçirilib. 11 komanda olmaqla iştirakçılar 4 gün ərzində təcrübədə olduqları müəssisənin müəyyən məhsulunun SMM planını hazırlayacaqlar. Həmin plan bağlanış mərasimində münsiflər heyətinə təqdim olunacaq və qalib gələn komandaya mükafatlar veriləcək.
 
Hər bir komandaya uğurlar arzu edirik!
 
Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.
 

Facebookda biz