Xəbərlər və yeniliklər
Sosial şəbəkələrdə fərdi hesabın aparılması SMM2017
27.09.17

23 sentyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin sayca on beşinci və son görüşü baş tutub.

Görüşün spikeri və gənclərlə öz təcrübəsini bölüşüb "Manpası" səhər radioşousunun, "Breyn Rinq" və "61" televiziya verilişlərinin aparıcısı Fateh. Bu səfər iştirakçılar sosial şəbəkələrdə fərdi hesabın aparılması, onun əsas prinsipləri, monetizasiyası, izləyiciləri cəlb edən amillər, hadisələr, kütlənin marağlarına və trendə uyğun kontentin tərtib edilməsi, bloggerlik haqda öyrəniblər. Məlumat üçün bildirək ki, layihənin nəzəri hissəsi bu gün artıq yekunlaşdı. Növbəti həftə ərzində gənclər öyrəndikləri bilikləri təcrübədə istifadə edəcəklər.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

Facebookda biz