Xəbərlər və yeniliklər
Müsahibə mərhələsinə hazırlıq SMM2017
27.09.17

22 sentyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin sayca on dördüncü görüşü baş tutub.

Görüşün spikeri və gənclərlə öz təcrübəsini bölüşüb ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin rəhbəri Ləman Əhmədova. Görüş zamanı gənclərə rezumenin tərtib olunması, müsahibədə ən çox verilən suallar, komanda bölgüsü və həmçinin, #SMM2016 Business breakfast layihəsinin üzvləri ilə sual-cavab olubdur. Yekunda, iştirakçılar komandalara bölünərək "Marshmallow" oyunu oynayıblar.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

Facebookda biz