Xəbərlər və yeniliklər
Radio aparıcılığı SMM2017
27.09.17

21 sentyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin sayca on üçüncü görüşü baş tutub.

Görüşün spikeri və gənclərlə öz təcrübəsini bölüşüb ASAN Radionun rəhbəri Emin Musavi. 2 saat davam edən bu görüşdə 60 nəfər iştirakçıya radionun qurulması, işləmə mexanizmi, radio aparıcılığı və sosial şəbəkələrdə işlədilən video materialların önəmi haqqında məlumat verilib.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

 

Facebookda biz