Xəbərlər və yeniliklər
SMM Media Strategiyasının əsas hissəsi - SMM2017
27.09.17

17 sentyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin sayca on ikinci görüşü baş tutub.

Görüşün spikeri və gənclərlə öz təcrübəsini bölüşüb Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vəfa Səfərli-Abdullazadə. 2 saat davam edən bu görüşdə 60 nəfər iştirakçıya SMM Media Strategiyasının əsas hissəsi kimi mövzusu üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

Facebookda biz