Xəbərlər və yeniliklər
Qida sektorunda SMM - SMM2017
27.09.17

19 sentyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin sayca on birinci görüşü baş tutub.

Görüşün spikeri və gənclərlə öz təcrübəsini bölüşüb MAUVE Şirkətinin Art Direktoru Kamil Dadaşov. 2 saat davam edən bu görüşdə 60 nəfər iştirakçıya qida sektorunda SMM, kontent dövrləri, müştəri məmnuniyyətinin təmin edilməsi və daha çox mövzu üzrə məlumat verilib.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

Facebookda biz