Xəbərlər və yeniliklər
Guerilla marketinq SMM2017
27.09.17

16 sentyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin onuncu görüşü baş tutub.

Görüşün spikeri və gənclərlə öz təcrübəsini bölüşüb Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov. 2 saat davam edən bu görüşdə 60 nəfər iştirakçıya reklam strategiya konsepsiyalarından biri olan Guerilla Marketinq haqqında məlumat verilib. Guerilla Marketinq əsasında müəssisələr məhsullarını və ya xidmətlərini qeyri-ənənəvi şəkildə az büdcə ilə uğurlu necə reklam edir ətrafında danışıqlar aparılıb. Həmçinin, ənənəvi və viral reklamlar müzakirə olunub.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

Facebookda biz