Xəbərlər və yeniliklər
Sosial CRM SMM2017
06.09.17

5 sentyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin üçüncü görüşü baş tutub.

Bu dəfə Sosial CRM üzrə öz təcrübəsini Nubessom Consultingdə Biznes inkişafı üzrə menecer Əli Xəyyam bölüşüb. 3 saata yaxın davam edən bu görüşdə 60 nəfər iştirakçıya
CRM-in (Customer Relations Management) 
yaranması, onun mərhələləri, modelləri, xətaraları, analitik CRM haqqında məlumat verib.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

Facebookda biz