Xəbərlər və yeniliklər
Kreativ agentliyin qurulması SMM2017
05.09.17

31 avqust 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin ikinci görüşü keçirilib.

Bu dəfə Kreativ agentliyin qurulması üzrə öz təcrübəsini FİL Marketinq Agentliyinin rəhbəri Aysel Cəbrayılova bölüşüb. 2 saatdan çox davam edən bu görüşdə 60 nəfər iştirakçı kreativ agentliyin yaranmasının əsasları, rəqəmsal marketinq alətləri, müştərilərlə işin aparılması və sosial şəbəkələri məhsulun tanınması üçün necə istifadə etməli ətrafında fikir mübadiləsi apardılar.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

 

Facebookda biz