Xəbərlər və yeniliklər
Komanda quruculuğu SMM2017
05.09.17

29 avqust 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin ilk görüşü keçirilib.

İlk görüşdə Komanda quruculuğu üzrə öz təcrübəsini Samir Qədirov bölüşdü. 2 saatdan çox davam edən bu görüşdə 60 nəfər iştirakçı bir birindən maraqlı oyunlarda iştirak etdilər və bir komanda olaraq işləməyi mənimsədilrə. Əyləncə dolu görüşün sonunda Samir gənclərə sosial şəbəkələrin rolundan, əhəmiyyətində və təsirindən danışaraq onlara tapşırıq verdi. Tapşırığı yerinə yetirən və qalib kimi seçilən gəncə bağlanış mərasimində Green Baku tərəfində hədiyyə təqdim olunacaq.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

 

Facebookda biz