Xəbərlər və yeniliklər
#SMM2017 Business Breakfast layihəsinin açılış mərasimi baş tutub
28.08.17

26 avqust 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin açılış mərasimi keçirilib.

#SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.

#SMM2017 Business breakfast layihəsi bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqramı təqdim edir. Lakin onu da qeyd etmək lazımdır ki, layihə yalnız spikerlərlə görüş deyil, həmçinin işəgötürənlərlə işgüzar naharı, təcrübə və bağlanış mərasimində yarışmanı nəzərdə tutur.

Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfələr verməkdir. Sonda iştirakçılar sertifikat və tərəfdaşlar tərəfindən hədiyyərlə mükafatlandırılırlar.

Layihə keçən il Azərbaycan Gənclər Fondu tərəfindən ayın layihəsi elan edilib, 15 spiker, 60 iştirakçını özündə cəmləşdirir.

Qeyd edək ki, ASAN Könüllülük Məktəbinin fəaliyyəti çərçivəsində artıq 12.000-dən çox gənc ASAN könüllüsü statusunu qazanıb. Məktəbin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq onlara təcrübə qazandırmaq, karyera yüksəlişinə və ümumi inkişafa dəstək olmaqdır. Bunun üçün müəssisələri keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını təkmilləşdirmək məqsədi ilə “ASAN kadr” karyera mərkəzi yaradılıb və 3 ilə yaxındır ki, fəaliyyət göstərir.

 

 

Facebookda biz