Xəbərlər və yeniliklər
Karyera sərgisi
06.12.16

"ASAN School" könüllülük məktəbinin "ASAN kadr" Karyera mərkəzi ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyasının əmək yarmarkasında təmsil olunub.

Yarmarka çərçivəsində "ASAN kadr" Karyera mərkəzinin komanda üzvləri tərəfindən 200-ə yaxın gəncə "ASAN School" könüllülük məktəbi çərçivəsində həyata keçirilən könüllülük fəaliyyəti haqqında məlumat verilib.

Qeyd edək ki, karyera yarmarkasında 20-dən artıq şirkət iş təklifləri və müxtəlif təcrübə proqramlarını təqdim edib. Yarmarka çərçivəsində ABŞ mübadilə proqramlarının 8 məzunu uğurlu karyera qurmaq, şəbəkələşmək, müsahibə bacarıqlarını inkişaf etdirmək, şəxsi brendi qurmaq və karyera üçün müxtəlif bacarıqları əldə etmək üçün mühazirələr oxuyublar.

Facebookda biz