Xəbərlər və yeniliklər
Sağlam könüllü
11.11.16

“ASAN School” könüllülük məktəbi və Sağlam Ailə Tibb Mərkəzi arasındakı əməkdaşlıq çərçivəsində “Sağlam könüllü” layihəsi təşkil edilib. Layihə müddətində “ASAN xidmət” mərkəzində cari fəaliyyət göstərən 400 nəfər könüllü Sağlam Ailə Tibb Mərkəzində profilaktik məqsədilə müayinədən keçəcək və onlara tibbi müayinənin əhəmiyyəti haqqında məlumat veriləcək.

Layihə çərçivəsində gənclər üçün “Sağlam Ailə” əmtəə nişanı altında  yeni fəaliyyətə başlayan “Ultra Lab”  Bilgəh mərkəzində məlumat turları təşkil ediləcək. Görüş zamanı,“Sağlam Ailə”, “Profilaktik müayinənin əhəmiyyəti”, “Nikah öncəsi müayinələrin vacibliyi” “QİÇS, Hepatit, Sifilis və digər neqativ halların profilaktikasını təmin etmək” və digər mövzularda gənclərlə diskusiyalar aparacaq.

“ASAN School” könüllülük məktəbi Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsi, könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsi missiyası altında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində “ASAN School” könüllülük məktəbinin əsas məqsədi, könüllüləri gələcək peşəkar fəaliyyətdə uğur qazanmaları üçün praktiki biliklərlə təmin etmək, maarifləndirmək, peşəkarlığını inkişaf etdirmək, intellektual və mənəvi inkişafına təkan vermək, cəmiyyətdə fəal iştirak etmələrini düzgün istiqamətləndirmək, istedadlı könüllüləri aşkarlamaq və onların şəxsi inkişafı üçün şərait yaratmaqdır.

 

Facebookda biz