Xəbərlər və yeniliklər
Bağlanış mərasimi
10.10.16

2016-cı il 8 oktyabr tarixində Chirag Plaza Hotel & Business Center-də #SMM2016 Business breakfast layihəsinin bağlanış mərasimi baş tutdu.

Mərasimin rəsmi hissəsindən əvvəl iştirakçılar komanda rəhbərləri ilə işgüzar nahar edərək münsiflər heyəti qarşısında nümayiş olunacaq təqdimatlar haqda müzakirələr apardılar.

Rəsmi hissənin açılışını edən layihə rəhbəri Ləman Əhmədova layihənin "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC-nin təşkilati dəstəyi ilə həyata keçirildiyini qeyd etdi.

Tədbir komandaların çıxışları ilə davam etdi, daha sonra münsiflər heyəti təqdimatları qiymətləndirdilər. “Komanda quruculuğu” üzrə təcrübəsini bölüşən Samir Qədirovun tapşırığını yerinə yetirən 2 iştirakçıya hədiyyələr təqdim olundu. Bir ay müddətində davam edən layihənin videoroliki tədbir iştirakçılarına nümayiş etdirildi.

Sonda layihənin bütün iştirakçıları sertifikat və təşəkkürnamə ilə təltif olundular.

 

 

Facebookda biz