Xəbərlər və yeniliklər
#SMM2016 Business breakfast - SEO
30.09.16

29 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin sonuncu görüşü baş tutdu.

Görüşdə Moskva Dövlət Texniki Universitetində “İnformasiya texnologiyaları” üzrə bakalavr təhsili və magistr, daha sonra isə doktor dərəcəsi alan, Yandex, Google tərəfindən SEO üzrə keçirilən bir sıra konfrans və seminarlarında çıxış edən, Azərbaycanda BESTSHOP, DIVISION, MVIDEO, NIX və WIX.az; Rusiyada Procolors, Hatikoshop, Steish-neri, Jet-Video; Almaniyada Dawklub.com bir neçə E-kommersiya layihələrinin təsisçisi və yaradıcısı olan Elqar Heydərov SEO (Search Engine Optimization) üzrə təcrübəsini bölüşüb. 2 saat davam edən bu görüşdə layihə iştirakçılarına SEO-nun məqsədi, səhifədə olan məlumatları düzgün formada yerləşdirmək, analitika ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

Facebookda biz