Xəbərlər və yeniliklər
#SMM2016 Business breakfast - Etik davranış
28.09.16

27 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin 9-cu görüşü baş tutdu.

Görüşdə uzun müddət Xarici İşlər Nazirliyində, beynəlxalq təşkilarda və hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışan Elçin Hüseynli təcrübəsini bölüşüb. 2 saatdan çox davam edən bu görüşdə 50 nəfər iştirakçıya SMM və biznes etiketi, email etiketi ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

 

Facebookda biz