Xəbərlər və yeniliklər
#SMM2016 Business breakfast - Müsahibəyə hazırlıq
28.09.16

24 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin səkkizinci görüşü baş tutdu.

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Universitetində MBA proqramında Maliyyə və İdarəetmə fənlərini tədris edən, SEFCO Consulting Group-nun direktorui Elmir Səfərli İnsan resursları üzrə təcrübəsini bölüşüb. 2 saat davam edən bu görüşdə layihə iştirakçılarına CV-də edilən səhvlər, uğurlu CV formasını necə tərtib etmək və müsahibəyə necə hazırlaşmaq olar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

Facebookda biz