Xəbərlər və yeniliklər
#SMM2016 Business breakfast - Ustad dərsi 3
24.09.16

22 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin üçüncü Ustad dərsi baş tutdu.

Görüşdə 1997-ci ildən radio sahəsində çalışan, bir çox TV və Radio layihələrinin müəllif və aparıcısı olan, "ASAN Radio" 100 FM-in rəhbəri Emin Musəvi təcrübəsini bölüşüb. 2 saat davam edən bu görüşdə 50 nəfər iştirakçıya müasir media, yeni media, radio verlişlərinin növləri, əhəmiyyəti ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

 

Facebookda biz