Xəbərlər və yeniliklər
SMM2016 Business breakfast - Branding
20.09.16

17 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin beşinci görüşü.

Görüşdə bir sıra beynəlxalq proqramlarının üzvü və yerli layihələrinin təşkilatçısı, Modern Marketing Group-un təsisçisi Yusif Vəliyev təcrübəsini bölüşdü. 3 saat yaxın davam edən bu görüşdə 50 iştirakçıya Brendinq haqqında həm nəzəri biliklər, həmçinin praktiki tapşırıqlar verilmişdir.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

Facebookda biz