Xəbərlər və yeniliklər
SMM2016 Business breakfast - Ustad dərsləri 2
19.09.16

16 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin ikinci Ustad dərsi baş tutdu.

Ustad dərsində 5 il rәqәmsal marketinq sferasında çalışan, bu günə kimi 100`dәk şirkәtә bu sahәdә konsultasiya verib, marketinq kampaniyalarının idarә olunmasında iştirak edən, MobChannel, Keepface, boxx kimi layihәlәrin hәmtәsisçisi və hazırda Mediamark şirkətinin direktoru Orxan Rzayev
təcrübəsini bölüşdü. 2 saat davam edən bu görüşdə 50 nəfər iştirakçılara Sosial Media Marketinq üzrə praktiki tapşırıqlar verilib və iştirakçılar təqdimatlar hazırlayaraq çıxış ediblər. Çıxış edənlərdən iki nəfər qalib kimi müəyyən olunub və onlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

Facebookda biz