Xəbərlər və yeniliklər
SMM2016 Business breakfast - Strateji marketinq
14.09.16

10 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin üçüncü görüşü baş tutdu.

Bu görüşdə "Strateji marketinq" üzrə öz təcrübəsini DəmirBank ASC-nin Marketinq departamentinin direktoru, Marketing AIR-in, FMR Marketing TV-nin, Milli Marketinq Forumunun (MMF) təsisçilərindən biri, “Biznes nə istəyir?” və “Biznes və Menecmentin Əsasları” kitablarının müəllifi Anar Bayramov bölüşdü. 2 saatdan çox davam edən bu görüşdə 50 nəfər iştirakçı biznesin əsasları, əsas amilləri strateji marketinq, merçendayzinq ətrafında müzakirələr aparıblar. Sonda Anar Bayramov tapşırığı düzgün yerinə yetirən 2 fəal iştirakçıya “Biznes nə istəyir?” kitabını hədiyyə edib.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

Facebookda biz