Xəbərlər və yeniliklər
SMM2016 Business breakfast - Ustad dərsləri
09.09.16

08 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin ilk Ustad dərsi baş tutdu.

Ustad dərsində “Marketing AIR” və Milli Marketinq Forumunun təsisçilərindən biri, Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Direktoru, eyni zamanda “Bugünün Marketinqi” və “Böhrandan yeni dövrana” adlı kitabların müəllifi Rafiq Hünaltay təcrübəsini bölüşdü. 2 saat davam edən bu görüşdə 50 nəfər iştirakçı reklamların növü, açar məqamlar, uğurlu reklam təqdimatı
ətrafında müzakirələr aparıblar. Görüş zamanı tapşırığı düzgün təhlil edib, cavabı tapan 4 gəncə Rafiq Hünaltay "Böhrandan yeni dövrana" adlı kitabını hədiyyə verib.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

Facebookda biz