Xəbərlər və yeniliklər
#SMM2016 Business breakfast - Rəqəmsal marketinq
09.09.16

06 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin ikinci görüşü baş tutdu.

Bu görüşdə "Rəqəmsal marketinq və Sosial şəbəkələr" üzrə öz təcrübəsini Kapital Bank ASC-nin Rəqəmsal marketinq şöbəsinin baş mütəxəssisi, eyni zamanda Milli Marketinq Forumunun layihə rəhbəri Aysel Cəbrayılova bölüşdü. 2 saatdan çox davam edən bu görüşdə 50 nəfər iştirakçı sosial şəbəkələrdən necə istifadə etməli, reklam yerləşdirərkən nələrə diqqət etməli, paylaşılan statusa necə maraq yaratmaq ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

 

Facebookda biz