Xəbərlər və yeniliklər
#SMM2016 Business breakfast - Komanda quruculuğu
09.09.16

05 sentyabr 2016-cı il tarixində #SMM2016 Business breakfast layihəsinin ilk görüşü baş tutdu.
İlk görüşdə Komanda quruculuğu üzrə öz təcrübəsini Samir Qədirov bölüşdü. 2 saatdan çox davam edən bu görüşdə 50 nəfər iştirakçı bir birindən maraqlı komanda oyunlarında iştirak etdilər. Əyləncə dolu görüşün sonunda gənclərə sosial şəbəkələrin rolundan, əhəmiyyətində və təsirindən müzakirələr aparıblar.

Qeyd edək ki, #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sosial Media Marketinq sahəsi üzrə mütəxəssislərin formalaşmasıdır.

Facebookda biz