Xəbərlər və yeniliklər
`SMM2016 Business Breakfast`: Gənclərə yeni şans
05.09.16

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN School” könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzinin və Yüksək Texnologiyalar Parkının təşkilati dəstəyi ilə "#SMM2016 Business Breakfast" layihəsinin açılış mərasimi baş tutub.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “ASAN School” könüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev, “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov və layihə rəhbəri Ləman Əhmədova çıxış edərək layihənin mahiyyətindən və məqsədlərindən danışıblar.

Qonaqlar çıxış edərək bildiriblər ki, sosial media artıq insanlar üçün vaxt keçirmək, oyun oynamaq, əylənmək üçün yox, daha operativ informasiya əldə etmək, istehsal edilən məhsulun effektiv satmaq və tanıdmaq, işgüzar əlaqələr qurmaq üçün çox önəmlidir.

Qeyd olunub ki, #SMM2016 Business Breakfast layihəsi, gənclərə sosial şəbəkələrin daha səmərəli istifadə olunması baxımından faydalı olacaq.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində PR, Marketinq, Brendinq, Rəqəmsal Marketinq, Multimedia, Ustad dərsləri və s. kimi istiqamətlər üzrə peşəkar mütəxəssislər öz təcrübələrini iştirakçılarla bölüşəcəklər.

Sözügedən təlim proqramı bitdikdən sonra iştirakçılar şirkət rəhbərləri ilə işgüzar nahar edəcəklər. Naharın keçirilmə səbəbi müsahibə və müzakirənin keçirilməsi üçün rahat atmosfer yaratmaq və gənclərin özlərini ifadə etmək üçün imkan yaratmaqdır.

İşgüzar nahar zamanı şirkət rəhbərləri hər komandaya problem qoyacaq və həlli üçün bir saat vaxt verəcək. Ən effektiv təklifi irəli sürən iştirakçı təcrübə üçün şirkətə göndəriləcək və digər mükafatlarla təltif olunacaqlar.

Layihənin əsas məqsədi SMM sahəsində peşəkar təlim proqramı tərtib etmək və əmək bazarına SMM mütəxəssislərini çıxartmaqdır.

Facebookda biz