Xəbərlər və yeniliklər
Payızda yeni təcrübə fürsətləri
24.08.16

CBC Sport Arena Polo üzrə Dünya Kuboku

9-11 sentyabr, Bakı, Azərbaycan

2015-ci ildə ilk dəfə FİP  Arena Polo üzrə Avropa Çempionatını  keçirən ARAF (Azərbaycan Respublikası Atçılıq Federasiyası) və “Elite Horse and Polo Club” 2016-cı il 9-11 sentyabr tarixlərində CBC Sport  Arena Polo üzrə  Dünya Kuboku yarışlarını təqdim etməyə hazırlaşır.

Kubok uğrunda dörd beynəlxalq polo klubunu təmsil edən komandalar yarışacaq. Sponsorlar ItalDizain Group, Gilan Holding, Bogner and Badrutt’s Palace Sankt  Moritz yarışlarda iştirak edən Evviva Polo Club St. Moritz, Santa María Polo Club Sotogrande, Alegría Polo Club Buenos Aires and the Elite Horse & Polo Club Baku klublarının komanda və oyunçularını dəstəkləyir. 100 əla polo ponisi komandaların ixtiyarına veriləcək ki, onların 80-i Argentinadan, 20-i isə Qarabağ bölgəsindən gətirilib.

Artıq dörd ildir ki Azəbaycan Respublikası Atçılıq Federasiyası WorldPolo MMC, Reto Gaudenzi və onun komandası ilə birlikdə mükəmməl və yüksək səviyyəli arena polo turnirinin keçirilməsinə nail olur. Ötən il Reto Gaudenzi federasiyanın prezidenti general-polkovnik Elçin Quliyev tərəfindən  ARAF-ın beynəlxalq səviyyədə rəsmi nümayəndəsi təyin edilmişdir.  General-polkovnik Elçin Quliyevin əməyi nəticəsində polo son dörd ildə Azərbaycanda bəlli, əlamətdar nöqtəyə qədər gəlib çatmışdır . 2015-ci ildə Arena Polo Çempionatında Azərbaycan komandasının qalibiyyəti buna ən parlaq misal ola bilər  . Hazırda yerli komanda Argentinada keçirilən üç aylıq polo treninqində özünün “fəaliyyətdə olan çempion” mövqeyini möhkəmləndirib. Dekabrda isə Azərbaycan  2018-ci ildə keçiriləcək tam ölçülü ot sahələrində FİP Avropa Çempionatında iştirak üçün ərizə təqdim edəcək. 

Dünyaca məşhur Snow Polo Dünya Kubokunun da təşkilatçısı olan Reto Gaudenzi CBC Sport  Arena Polo Dünya Kuboku üçün Bakının və İsveçrənin Sant Moritz şəhərinin unikal cəhətlərinin bir araya gətirilməsini planlaşdırır. “Biz Bakıda dəbdəbəli və ənənəvi Sankt Moritz ahəngini yaradacağıq”. Sankt Moritz kurortunun əfsanəvi Badrutt`s Palace oteli isə gecəyə eksklüziv VİP Keyterinq xidməti ilə qatılacaq. Konsert proqramı Azersun Holdingin dəstəyi ilə baş tutacaq.

4 gün ərzində möhtəşəm idman yarışları və dəbdəbəli və əyləncəli polo gecələri bütün dünyadan gələn qonaqları Bakıda   salamlayacaq.   VIP qonaqlar üçün ayrılmış xüsusi guşə -  ITALDIZAIN GROUP OPEN AIR VIP LOUNGE   ziyarətçilərinə Sankt Morits Badrutts Palas otelinin və Elite Events Hall-un nəfis təamlarını təklif edəcək.

Polo Azərbaycanda

Azərbaycan polonun vətəni kimi tanınır və bu idman növü Bakıya 2013-cü ildə,  Grass Arena Polo World Cup Azerbaijan yarışması ilə qayıtdı. Son üç ildə WorldPolo MMC Reto Gaudenzinin rəhbərliyi və ARAF-ın və Elite Horse and Polo Club-un dəstəyi ilə Azərbaycanın paytaxtında üç uğurlu polo tədbiri keçirib. İlk iki ildə qazanılmış böyük uğurun davamı olaraq keçən il Bakı tarixdə ilk FİP Arena Polo European Championship yarışmasına da ev sahibliyi edib. 2018-ci ildə keçiriləcək Otüstü Polo üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün Bakının da namizədliyi irəli sürülüb.


Proqram

Cümə günü, 9 Sentyabr 2016-cı il

17:30 Qapılar açılır

18:00 1ci Polo Yarışı GİLAN – LA MARTİNA

19:15 2Cİ Polo Yarışı BADRUTT`S PALACE - BOGNER 

 

Şənbə, 10 sentyabr, 2016-cı il

17:30 Qapı açılır

18:00 1ci Polo Yarışı BADRUTT`S PALACE - LA MARTINA 

19:15 2ci Polo Yarışı BOGNER  - GILAN 

20:00 – Elite Events Hall-da  “St.Morits Bakıya gəlir” adlı Qala ziyafət

Biletləri əldə etmək üçün Qaynar Xətt, həmçinin Elite Horse&Polo Club-da, Badamdar oteldə əldə etmək olar

 

(+994 12) 565 31 51, (+994 50) 242 01 65, (+994 51) 664 52 51, (+994 55) 246 68 96, (+994 55) 920 99




Bazar, 11 sentyabr 2016

17:30 Qapı açılır

18:00 3cü və 4cü yerlər uğrunda Polo Yarış

19:15 Arena Polo World Cup Azerbaijan Böyük Finalı, 1ci və 2ci yerlər uğrunda yarış

20:00 Qaliblərin mükafatlandırılması mərasimi

 

Komandalar


TEAM BADRUTT’S PALACE HOTEL
 (Evviva Polo Club St Moritz, Switzerland)
Patrick Maleitzke (GER, +4)
Tito Gaudenzi (CH, +3)
René Kleinlugtenbelt (GER, +1)

TEAM GILAN (Elite Horse & Polo Club Baku, Azerbaijan)
Tərlan Qurbanəliyev (AZ, +2)
Rəşad Həsənov (AZ, +2)

Elçin Camallı

Əli Rzayev


TEAM KEMPINSKI HOTEL BADAMAR (Santa María Polo Club Sotogrande, Spain)
Richard Fagan (IRL, +1)
Santiago Torreguitar (ESP, +4)
Mario Gomez (ESP, +3)
Uilyam Redford (ESP, +1)

TEAM LA MARTINA (Alegría Polo Club Buenos Aires, Argentina)
Fabio Meyer (CH, +2)
Luka Meyer (CH, +2)
Fabian Bolanterio (ARG, +4)
Uerner Meyer (CH, +1)



Rəsmilər
Hakim: Marçelo Garrahan
Spiker: Jan-Erik Franck
tabelçi: Kristian Dunkelberg
Top Hakimi: Antonio D’Aurelio
 DJ: DJ Ray Douglas

Facebookda biz