Vəzifə öhdəlikləri:
İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq;
Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
Uyğunsuzluğun təhlilində iştirak etmək;
Tələblər:
Yaş həddi: 25-45
Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü ali təhsil;
Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli;
Microsoft Office proqramlarını əla səviyyədə bilməli.