Dövlət Sərhəd Xidmətində iş imkanı!

  • #Vacancy
asan kadr news

Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbulla bağlı namizədlərə dair 

Kişi namizədlərə dair tələblər:

  • Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
  • 27 yaşı keçməməli;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Natamam orta, orta, orta-ixtisas və ya ali təhsilli olmalı, bitirməsinə dair sənədlərin sürətləri təqdim edilməlidir. (Xarici ölkələrdə təhsil almış namizədlərin diplomunun tanınmasına dair Təhsil Nazirliyindən müvafiq sertifikat alınmalıdır);
  • Özü və yaxın qohumları ağır və ya xüsusilə ağır cinayət törədərək cinayət məsuliyyətinə cəlb olunmamalıdır;
  • DSX-nin istənilən bölgədə yerləşən hərbi hissələrində xidmət etməyə hazır olmalıdır.

 

Qadın namizədlərə dair tələblər:

  • 25 yaşı keçməməli;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Ali təhsilli olmalı (Xarici ölkələrdə təhsil almış namizədlərin diplomunun tanınmasına dair Təhsil Nazirliyindən müvafiq sertifikat alınmalıdır);
  • İki xarici dil bilməli;
  • Növbəli iş rejimində işləməyə ailə vəziyyəti imkan verməli;
  • Özü və yaxın qohumları ağır və ya xüsusilə ağır cinayət törədərək cinayət məsuliyyətinə cəlb olunmamalıdır.

 

Qeyd 1: Namizədlər Bakı şəhəri Səbail rayonu Z.Əliyeva küçəsi 30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti aparatının qəbul bürosuna və DSX-nın yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə müraciət edə bilərlər. Əlaqələndirici şəxs polkovnik-leytenant Aqil Kalbalıyev (əlaqə tel: 012 493-62-47).

Qeyd 2: Müraciət edən şəxslər sənədləri ilə birgə "ASAN xidmət" mərkəzində aldıqları sertifikat formasının sürətini təqdim etməlidirlər.